Ermənistanda koronavirusa yoluxanların sayı 166 427-yə yüksəlib

Ermənistanda son sutkada 195 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 427-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 056-ya yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 761-ə yüksəlib. İndiyədək 156 053 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 6 557 aktiv koronavirus xəstəsi var.



Xəbərlər  Tarix:   27 Yan 2021 / 09:55


« Əvvəlki xəbər (2731 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR