Altıağacda mağazadan oğurluq edən şəxs tutuldu

Xızı rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Naziriliyinin Mətbuat xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı İ.Camalov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.



Xəbərlər  Tarix:   28 Yan 2021 / 14:41


« Əvvəlki xəbər (2721 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR