Naxçıvanda tələbələr tətil günlərində işlə təmin ediləcək

Naxçıvan Muxtar Respublikasında tətil günlərində işləmək istəyən tələbələr mövsümi işlərlə təmin ediləcək.
"Report" xəbər verir ki, bu, "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, tətil günlərində işləmək istəyən tələbələrin mövsümi işlərlə təmin edilməsi üçün muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ali təhsil müəssisələrinə tapşırıq verilib.
Qeyd olunub ki, bu, yalnız iyul-avqust aylarını əhatə edəcək.



Xəbərlər  Tarix:   3 Fev 2021 / 16:12


« Əvvəlki xəbər (744 / 5333) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR