Bilal Hai: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”

“Pakistan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinə qoşulmaqdan çox məmnun olacaqlar”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Hai deyib.
Səfir pakistanlı sahibkarların hazırda mümkün əməkdaşlıq formatı məsələlərini nəzərdən keçirdiyini vurğulayıb.
Bundan əlavə, o, bu məsələnin Azərbaycanın xarici işlər nazirinin İslamabada səfəri zamanı da müzakirə olunduğunu söyləyib.



Xəbərlər  Tarix:   5 Fev 2021 / 13:37


« Əvvəlki xəbər (2689 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR