Türkiyədən Çinə göndərilən ixrac qatarı Bakıya çatıb

Türkiyədən Çinə yeni növ yük - mədən sənayesi məhsulu daşıyan 42 konteynerdən ibarət blok qatarı Bakı Limanına çatıb.
Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları “QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”dən bildirilib.
Məlumata görə, Türkiyənin Ankara şəhərindən Çinin Sian şəhərinə hərəkət edən qatar “ADY Konteyner” MMC-nin Türkiyə, Gürcüstan və Qazaxıstandakı tərəfdaşları ilə birgə təqdim etdiyi yeni logistik məhsuldur.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakı Limanına çatan 40 futluq konteynerlərdən ibarət Türkiyənin növbəti ixrac qatarı “Beket Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq.
Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.



Xəbərlər  Tarix:   5 Fev 2021 / 14:49


« Əvvəlki xəbər (707 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR