Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA

Bir ilə yaxındır ki, Azərbaycanda koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz buna görə də toyların müəyyən qaydalar çərçivəsində, yəni 50-80 nəfərlə qonaq dəvət etməklə keçirilməsinə icazə verilməsinin vacib olduğu bildirilir. Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müsbət dinamika ilə davam edir. Eləcə də ölənlərin sayında xeyli azalma var. Bundan əlavə yaxın vaxtlarda ölkədə koronavirus əleyhinə peyvəndlənmə başlayacaq. Belə olan halda martın 15-dən sonra 80 nəfər qonaqla toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandırab Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, martın 15-dən sonra 80 nəfərlə toyların keçirilməsinə icazənin verilib-verilməməsi ilə bağlı məndə heç bir məlumat yoxdur: "Çünki bu barədə hələlik heç bir rəsmi qərar yoxdur".



Xəbərlər  Tarix:   8 Fev 2021 / 16:27


« Əvvəlki xəbər (316 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45