Ordumuzun 4 hərbçisi minaya düşməsi ilə bağlı YENİ XƏBƏR

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur",- Müdafiə Nazirliyinin məlumatında deyilir.



Xəbərlər  Tarix:   9 Fev 2021 / 14:33


« Əvvəlki xəbər (309 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45