MN dağlıq ərazidə xidmət edən əsgərlərin donvurmadan qorunması üçün görülən işləri açıqlayıb

"Orta və yüksək dağlıq rayonlarda hava şəraitinin (temperaturun) tez-tez və kəskin dəyişməsi, hündürlük artdıqca havada oksigenin parsial təzyiqinin azalması, yüksək insolyasiya və ionizasiya, eləcə də fiziki və psixi yorğunluq həmin ərazidə xidmət edən şəxsi heyətə, o cümlədən döyüş mövqeyində olan hərbi qulluqçulara üzücü təsir göstərir və onlar arasında donvurma hallarının olmasına səbəb olur".
"Report" xəbər verir ki, bunu Silahlı Qüvvələrin baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov deyib.
Onun sözlərinə görə, donvurma səthi və dərin ola bilər: "Yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır. Çox vaxt donvurma soyuq qış günlərində, temperatur 10 dərəcə selsidən aşağı olduqda baş verir. Lakin uzun müddət, xüsusən də yüksək nəmlik və güclü külək zamanı yataqxanadan kənarda qaldıqda, hətta bəzən havanın temperaturu 0 dərəcədan yuxarı olduqda, yaz və payız aylarında da rast gəlinə bilər. Meteoroloji amillərdən başqa, donmaya dar, nəm paltar və ayaqqabı, fiziki yorğunluq və uzun müddət məcburi hərəkətsiz, rahat olmayan vəziyyət, aclıq, keçirilmiş xəstəlik nəticəsində orqanizmin zəifləməsi, ayaqların tərləməsi, aşağı ətrafların və ürək-damar sisteminin xroniki xəstəlikləri, qanitirmə, zədə, siqaretçəkmə, alkoqol sərxoşluğu və s. səbəb olur".



Xəbərlər  Tarix:   10 Fev 2021 / 14:39


« Əvvəlki xəbər (2660 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR