Türkiyədən alınan minatəmizləyən maşınlar azad edilən ərazilərdə fəaliyyətə başlayacaq - YENİLƏNİB

Media nümayəndələrinin Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub.
"Report” xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş Türkiyədən alınan mexaniki minatəmizləmə texnikası nümayiş etdirilib.
Bu gündən etibarən Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikasının istismarına başlanılıb. Hərbi texnikanın dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədi ilə hərbi qulluqçular üçün müvafiq kurslar təşkil edilib. Bu gün isə texnikanın poliqonda real şəraitdə minatəmizləmə fəaliyyəti icra olunub. Daha sonra isə kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara beynəlxalq sertifikatlar təqdim olunub.
Texnika qısa zamanda işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə qatılacaq.



Xəbərlər  Tarix:   10 Fev 2021 / 14:45


« Əvvəlki xəbər (2659 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR