Direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
"Report" xəbər verir ki, ötən dövr ərzində ümumi təhsil müəssisələrində direktor vəzifəsi üzrə yeni vakant yerlər yarandığından həmin vakansiyaların bu il keçirilən müsabiqə üçün elan edilməsi nəzərdə tutulub.
2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçməyən, ərizəsini təsdiq etməyən namizədlərə elektron qeydiyyatı tamamlamaq, elektron ərizəsi qəbul edilmiş namizədlərə yenidən vakansiya seçimi etmək imkanı veriləcək. Həmin şəxslər vakansiya seçimi edərək 13 fevral tarixinədək elektron ərizələrini təsdiq etməlidirlər.
Fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.
Bu il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.
Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna 10 fevral tarixində start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.
2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də 13 fevral tarixinədək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiq etməlidirlər.
Namizədlər bu link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər.



Xəbərlər  Tarix:   10 Fev 2021 / 14:52


« Əvvəlki xəbər (2657 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR