Azərbaycan dənizçiləri Qazaxıstan gəmisinə yardım etdi

Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçilərinin köməkliyi ilə sahilə gətirilib.
Bu barədə “Report”a ASCO-dan məlumat verilib.
"8 fevral 2021-ci il tarixində Xəzər dənizində Qazaxıstanın "Kazmortransflot" Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Turkestan” yük gəmisində tüstüləmə olub.
Hadisə ilə bağlı “Turkestan”nın heyət üzvləri yaxınlıqda üzən digər gəmilərdən yardım istəyib. ASCO-ya məxsus “Merkuri-1” gəmisinin dənizçiləri yanğından təhlükəsizlik sistemlərini hazır vəziyyətə gətirərək çağırışa reaksiya verib. Lakin “Turkestan” gəmisinin heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.
Bundan sonra "Kazmortransflot" Milli Dəniz Gəmiçiliyi ASCO-ya “Turkestan” gəmisinin sahilə gətirilməsi üçün müraciət edib. Dərhal ASCO-ya məxsus “Yarenqa” yedək gəmisi hadisə yerinə göndərilib.
“Türkestan” gəmisi təhlükəsiz vəziyyətdə “Yarenqa” gəmisinin köməkliyi ilə 10 fevral tarixində sahilə gətirilib", - məlumatda deyilir.



Xəbərlər  Tarix:   10 Fev 2021 / 15:08


« Əvvəlki xəbər (2655 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR