Bakının “Şanxay”ı: həyat öz axarında davam edir

Bakının Keşlə qəsəbəsində “Şanxay” adlandırılan məhəllənin qəribə tarixçəsi var. Burada yaşayan Hacı Salman adlı sakin bir vaxtlar Çinin Şanxay şəhərinə səyahət edir. Geri dönəndə qonşularına deyir ki, ora bizim məhəllədən heç nə ilə fərqlənmir, orada da qatarlar evlərin yanından keçir, burada da. O vaxtdan məhəlləyə “Şanxay” adı verilib.
Bu məhəllə sıx şəkildə yerləşən birmərtəbəli gecəqondulardan ibarətdir. Evlərin yaxınlığından dəmiryol xətti keçir. “Şanxay”ın məkan olaraq formalaşması 1950-ci illərdən başlayıb. Kim necə gəldi, özünə ev tikib. Beton zavodu işçiləri ilk evləri burada salıblar. Daha sonra ardınca başqa insanlar da məskunlaşıblar.
Bir neçə il öncə ərazidəki köhnə evlərin sökülməsi, sakinlərin daha münasib yerə köçürülməsinə başlanılıb. Evlərin bir qisminin sökülməsinə baxmayaraq “Şanxay”da həyat hələ də öz axarında davam edir.
“Report” ərazidən hazırlanan fotoreportajı təqdim edir:



Xəbərlər  Tarix:   11 Fev 2021 / 15:21


« Əvvəlki xəbər (2649 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR