Murad Heydərov: “SGC Xəzər regionundakı bütün qaz hasilatçı ölkələr üçün açıqdır”

"Cənub Qaz Dəhlizi (SGC) ilkin mərhələdə təbii qazı Azərbaycandan Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələrinə tədarükünü təmin edən nəqliyyat sistemidir".
Bunu “Report”a açıqlamasında TAP konsorsiumunun Direktorlar Şurasının sədri Murad Heydərov bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu sistem genişləndiriləcək və üçüncü ölkələrin təbii qazı qeyd edilən regionlara tədarük etmək imkanı yaradacaq.
M.Heydərov bildirib ki, bundan başqa, Cənub Qaz Dəhlizi həmçinin təbii qaz tədarükü çoğrafiyasının genişlənməsi üçün digər infrastruktur layihələrə inkişaf etməyə imkan verəcək bir infrastrukturdur: “Bunun üçün də biz hər zaman qeyd edirik ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB), İon-Adriatik qaz kəməri layihəsi (İAP) kimi layihələr, BRUA sisteminin reallaşması üçün həmçinin əlavə təkan və stimul əldə edəcəklər”.
TAP konsorsiumunun Direktorlar Şurasının sədri bildirib ki, Avropa üçün strateji baxımdan Cənub Qaz Dəhlizi avropalı siyasətçilərin daim danışdıqları ikiqat diversifikasiyanı təmin edir: “Bu, ilk növbədə, Avropaya yeni marşrut üzrə tədarük ediləcək yeni qaz mənbəyidir. Bunun üçün də avropalılar onlara diversifikasiyanın lazım olduğunu söyləyəndə, Cənub Qaz Dəhlizi ikiqat diversifikasiyanı təmin etmiş olur”.



Xəbərlər  Tarix:   11 Fev 2021 / 16:27


« Əvvəlki xəbər (659 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR