Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1% azalıb

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 milyard manatlıq, o cümlədən 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 %, o cümlədən qeyri-ərzaq malları üzrə 4,8 % azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8 % artıb.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla
2020-ci ilin yanvar ayına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 3 154,8 98,6
o cümlədən:
ərzaq məhsulları 1 468,3 101,9
içkilər və tütün məmulatları 196,7 100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 495,2 89,9
elektrik malları və mebellər 159,6 85,7
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 21,9 102,6
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 68,7 140,1
avtomobil benzini və dizel yanacağı 172,1 87,9
digər qeyri-ərzaq malları 572,3 101,4
Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8 %-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 5,1 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26,9 %-i ticarət müəssisələri, 49,8 %-i fərdi sahibkarlar tərəfindən, 23,3 %-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 % artıb, fərdi sahibkarlar üzrə 0,1 %, bazar və yarmarkalarda 15,7 % azalıb.
Yanvarda ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316,3 manatlıq, o cümlədən 166,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları alıb.



Xəbərlər  Tarix:   12 Fev 2021 / 14:53


« Əvvəlki xəbər (273 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45