Azərbaycanın sığorta bazarı 7% kiçilib

Bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 104,011 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 56,841 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.
Ötən ay sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu rəqəm 23,9 manat olub.



Xəbərlər  Tarix:   23 Fev 2021 / 12:06


« Əvvəlki xəbər (2620 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR