Beynəlxalq qadınlar günü

Bu gün Azərbaycan qadınlarının günüdür!
İlk olaraq Uğurmeda yayım və informasia agentliyi olaraq başda Azrəbaycanın birinci xanımı Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla bütün qadınların bu, özəl gününü mediamız adından təbrik edirik onlara gözəl günlər arzu edirik.
Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin , dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövürlərin sınağından çıxa bilib.
Ölkəmizdə dövlət qadın siasətinin əsasını qoyan Ümumilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının sahələrində qadınlara xüsusi yer ayırmışdır , onların hərtərəfli fəaliyyətinə geniş yer vermişdir və lider qadınlar yetişdirmişdir.
İndidə Prezident İlham Əliyev tərəfindən qadın hüquqlarının qətiyyətlə davam etdirilməsi sayəsində və Azərbaycan qadınının cəmiyyətdə yeri və nifuzu dahada artırılıb.
Həyatımızın bəzəyi olan bu qadınlara tale ana olmaq, övladlarını cəmiyyət üçün gərəkli bir insan kimi böyüdüb tərbiyə etmək səadəti nəsib edib. Bu zərif cinsin nümayəndələri həmdə cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər.
Qadın böyük varlıqdır çünki o anadır, bacıdır, həyat yoldaşıdır bu qadınların əsas roluna biz şahid olduq! Dogma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövurdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərlərinə düşən ağır yükü şərəflə bu qadınlar daşımışdır! Bunu biz 44 günlük vətən müharibəsində anaların necə mərd, igid oğullar yetişdirdiklərinə şahid olduq. Həmin anaların əllərindən öpub qabağlarında baş əyirik ki, belə oğullar böyüdüblər.
Hazırda Azərbaycan ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, vətən qarşısında vəzifə borclarını şərəfli və ləyaqətli yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızında əməyi yüksək qiymətləndirilir.
Uğurmedia ailəsi olaraq bir daha bütün qadınların bayramını təbrik edirik daima qadınlarımızın uğurlarından yazaq, qadınlarımız hər zaman qürur mənbəyimiz olub olacaq da.!
Yazdı: Dağıstanlı Səbinə



Xəbərlər  Tarix:   8 Mart 2021 / 12:13


« Əvvəlki xəbər (210 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45