“Azərbaycan Kredit Bürosu”nun rəhbərliyində dəyişiklik olub

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında dəyişiklik olub.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Şuranın üzvü olan, “Xalq Bank” ASC-nin İdarə Heyətinin sədri Kamran Məcidovu onun müavini Elnur Məmmədli əvəz edib.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.



Xəbərlər  Tarix:   12 Mart 2021 / 11:20


« Əvvəlki xəbər (204 / 4931) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR