Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsilə bağlı beynəlxalq qurumlara müraciət olunacaq

"Azərbaycan azsulu ölkələrdən biridir. Su tələbatımızın 70 faizi kənardan formalaşır. Azərbaycan su potensialının çox hissəsi də Qarabağda idi. Bununla bağlı müvafiq monitorinq işləri gedir".
"Report" xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalislərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı konvensiyaları pozub:
"Monitorinqlərin ilkin nəticələri araşdırmalarla bağlı beynəlxalq qurumlar qarşısında qaldırılacaq. Düşmən Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullatılarını çaya axıdıblar. Həmçinin onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülür. Nəticədə təbiətimizi və çaylarımızı çirkləndirilər. Bununla bağlı da monitorinqlər gedir, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".



Xəbərlər  Tarix:   16 Mart 2021 / 14:33


« Əvvəlki xəbər (2562 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR