Azərbaycan bankları Ədliyyə Nazirliyinin fəaliyyətindən razıdır

“Bankların fəaliyyətində iki istiqamət önəm kəsb edir. Bunlardan biri məhkəmə qəraralarının çıxarılması, digəri isə həmin qərarların icrasıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir" mövzusunda videokonfransda bildirib.
"Bu məsələlərin həlli istiqamətində Ədliyyə Nazirliyinin həm Qeydiyyat və Notariat Baş İdarəsi, həm də İcra Baş İdarəsi olduqca operativ şəkildə fəaliyyətlərimizin əlaqələndirilməsi, qarışıya çıxan problemlərin həlli istiqamətində işlər görür. Bu gün Qeydiyyat və Notariat Baş İdarəsi ilə əməkdaşlığımız bizim düşündüyümüzdən də önə keçib. Xüsusilə, bu sahədə informasiya texnologiyaların tətbiqi qeyd edilməlidir. Biz vərdiş etdiyimiz klassik yanaşmalardan deyil, yeni texnologiyaların tətbiqi ilə xeyli innovativ təkliflərin tətbiqinə nail olmuşuq. Burda daha aparıcı rolu Qeydiyyat və Notariat Baş İdarəsi oynayır”, - deyə o, qeyd edib.



Xəbərlər  Tarix:   17 Mart 2021 / 12:39


« Əvvəlki xəbər (572 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR