Dünya bazarında neft cüzi bahalaşıb

Dünya bazarında neftin qiyməti cümə günü səhər saatlarında korreksiya üzrə artmağa çalışır, investorlar cümə axşamı satışlarından sonra zərərlərini bərpa edirlər.
“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 08:32-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0,21% artaraq bir barel üçün 63,41 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,2% artaraq 60,12 dollar/barelə çatıb.
Cümə axşamı “qara qızıl”ın qiymətləri hər iki etalon marka üzrə orta hesabla 7% azalmışdı. Eyni zamanda, WTI neftinin bir barreli 60 dollardan, “Brent”inki isə 62 dollardan ucuz olmuşdu. İnvestorlar “AstraZeneca” peyvəndinin bir sıra Avropa ölkələrində mümkün yan təsirləri səbəbindən istifadəsinin dayandırılması fonunda neft tələbinin perspektivlərindən narahatdırlar.
Analitiklər qiymətlərin düşməsinin həmçinin bazarın həddindən artıq qızışmasından qaynaqlandığını düşünürlər. Bu barədə “Goldman Sachs”ın analitikləri də bildiriblər. Eyni zamanda, onlar genişmiqyaslı rallidən sonra bunun müvəqqəti geriçəkilmə olduğunu söyləyiblər. Ekspertlər önümüzdəki aylarda qiymətlərin artacağını gözləyirlər, çünki COVID peyvəndləri əhalinin hərəkətliliyini bərpa edəcək, o cümlədən neftə tələbatı dəstəkləyəcək hava daşımalarının artmasına imkan yaradacaq.



Xəbərlər  Tarix:   19 Mart 2021 / 14:38


« Əvvəlki xəbər (186 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45