Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayacaq

Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Red Wings”in baş direktoru Yevgeni Klyuçaryov deyib.
Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycana aviareyslər təşkil edəcək: “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.
E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.



Xəbərlər  Tarix:   24 Mart 2021 / 15:49


« Əvvəlki xəbər (2542 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR