Ara Ayvazyan: "Müharibə həmsədrlərin fəaliyyətinin uğursuzluğunu göstərdi"

“Müharibə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin uğursuzluğunu göstərdi”.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ölkə parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.
“Sentyabrın 27-si sübut etdi ki, onlar öz mandatlarının bu hissəsi çərçivəsində iflasa uğrayıblar”, - o qeyd edib.
O, 44 günlük müharibənin Ermənistan diplomatiyasını uğursuzluğa uğratdığı ilə razılaşmadığını bildirib: “Bizə cari şəraiti təsbit edən deyil, prosesə başçılıq edən güclü həmsədrlik lazımdır”.



Xəbərlər  Tarix:   29 Mart 2021 / 15:40


« Əvvəlki xəbər (2530 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR