Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 917,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 1,9 % çoxdur.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,7 % artıb, son 1 ildə isə 29,3 % azalıb.
Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,3 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1 %, ötən il fevralın sonuna isə 8,3 % olub.



Xəbərlər  Tarix:   29 Mart 2021 / 16:52


« Əvvəlki xəbər (550 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR