Mehriban Əliyeva: "1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.
"Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".



Xəbərlər  Tarix:   31 Mart 2021 / 14:46


« Əvvəlki xəbər (181 / 4962) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR