“Günay Sığorta”nın xalis mənfəəti 2 dəfədən çox azalıb

“Günay Sığorta” ASC 2020-ci ili 325 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 54,9% və yaxud 2,2 dəfə azdır.
Ötən il “Günay Sığorta”nın gəlirləri 9,254 milyon manat (illik müqayisədə 34,9% çox), xərcləri 8,73 milyon manat (46,5% çox), mənfəət vergisi ödəmələri isə 199 min manat (8% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 14,965 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 16,5% artaraq 6,769 milyon manata çatıb, balans kapitalı isə 4,8% azalaraq 8,197 milyon manata düşüb.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8,2 milyon manatdır. Şirkətin səhmləri Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.



Xəbərlər  Tarix:   31 Mart 2021 / 15:25


« Əvvəlki xəbər (523 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR