“PAŞA Sığorta” ötən il 21 milyon manat xalis mənfəət əldə edib

“PAŞA Sığorta” ASC 2020-ci ili 20,635 milyon manat xalis mənfəətlə başa vurub
Ötən il “PAŞA Sığorta”nın gəlirləri 177,253 milyon manat (illik müqayisədə 17,2% çox), xərcləri 148,055 milyon manat (33,2% çox), mənfəət vergisi ödəmələri isə 8,564 milyon manat (4,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Sığorta”nın aktivləri 223,558 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 25,9% artaraq 146,903 milyon manata çatıb, balans kapitalı isə 9,4% azalaraq 76,655 milyon manata düşüb.
Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.



Xəbərlər  Tarix:   31 Mart 2021 / 15:23


« Əvvəlki xəbər (2505 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR