Ərzaq balansının hazırlanmasında iştirak edəcək dövlət qurumları məlum olub

Azərbaycanda ərzaq balansının tərtib olunmasında Dövlət Statistika Komitəsi (DSK), İqtisadiyyat Nazirliyi (İN), Kənd Təsərrüfatı Nazirliyi (KTN), Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Gömrük Komitəsi (GDK), eləcə də yerli icra hakimiyyəti qurumları iştirak edəcək.
Baş Nazir Əli Əsədovun təsdiqlədiyi “Ərzaq balansının tərtib olunması Qaydası”da öz əksini tapıb.
Qaydaya əsasən, aidiyyəti orqanlar ərzaq balansının hesabat ili üzrə göstəricilərinin tərtibi üçün müvafiq illik məlumatları aşağıdakı müddətlərdən gec olmayaraq DSK-ya təqdim edirlər:
- FHN - dövlət ərzaq ehtiyatlarına dair məlumatları yanvarın 15-nə qədər;
- KTN - “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi”ndə qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin buğda istehsalı barədə, habelə istixana, taxıl elevatorları və soyuducu anbarlar üzrə məhsul satışı, qalıqları və itkiləri barədə mövcud məlumatları yanvarın 30-na qədər;
- DGK - müvafiq ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə məlumatları yanvarın 15-nə qədər;
- yerli icra hakimiyyəti orqanları - bələdiyyələrin məlumatlarını nəzərə almaqla, kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatları yanvarın 20-nə qədər.
Bundan başqa, DKS rəsmi statistika hesabatları ilə əhatə olunması mümkün olmayan göstəricilərin əldə edilməsi məqsədilə xüsusi sorğular vasitəsilə əldə edilmiş məlumatları martın 15-nə qədər ümumiləşdirir, ərzaq balansının hesabat ili üçün tərtib olunmuş ilkin göstəricilərini fevralın 10-na qədər, yekun göstəriciləri isə iyulun 15-nə qədər İN-ə təqdim edir.
Aidiyyəti orqanlar isə ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərinin tərtibi üçün aşağıdakı məlumatları sentyabrın 20-dən gec olmayaraq İN-ə təqdim edirlər:
- KTN - kənd təsərrüfatı məhsullarının istehsalına dair cari ilin gözlənilən və 5 növbəti il üçün proqnoz göstəriciləri və “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi”ndə qeydiyyatdan keçmiş taxıl elevatorları və soyuducu anbarlarda cari ilin 6 ayının yekunları üzrə məhsul qalıqları və itkiləri barədə mövcud məlumatları;
- FHN - dövlət ərzaq ehtiyatlarına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları və cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri;
- DSK - ərzaq məhsullarının istehsalına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları;
- DGK - ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə cari ilin 8 ayının yekunları üzrə məlumatları;
- ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər və əlaqəli dövlət qurumları – İN-in sorğu məktubuna uyğun olaraq müvafiq məlumatlarını.
- İN təqdim olunmuş məlumatlar əsasında hazırlanan və hesabat ili, cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərini özündə əks etdirən ərzaq balansını oktyabr ayının 15-nə qədər Nazirlər Kabinetinə təqdim edir.
- Ərzaq balanslarının tərtibi zamanı dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi, istifadə edilməsi və digər məsələlər qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.



Xəbərlər  Tarix:   1 Apr 2021 / 12:58


« Əvvəlki xəbər (2501 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR