Qubadlıda döyüş sursatları aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə "Uğurmedia"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki Ermənistan silahlı birləşmələrinin tərk etdiyi hərbi mövqelərdən 6 müxtəlif növ əl qumbarası, 261 qumbaraatan mərmisi, 77 müxtəlif növ alışdırıcılar, 31 digər partlayıcı vasitələr və 13 819 müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Xəbərlər  Tarix:   3 Apr 2021 / 11:35


« Əvvəlki xəbər (2489 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR