“Rosnedr”: Ölkənin neft ehtiyatları 58 il bəs edəcək

Rusiyanın çıxarıla bilən neft ehtiyatları texnologiyaların hazırkı inkişaf səviyyəsi ilə 58 il bəs edəcək.
“Ugurmedia” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin təbii sərvətlər və ətraf mühit nazirinin müavini, Yerin İstifadəsi üzrə Federal Agentliyin (“Rosnedr”) rəhbəri Yevgeniy Kiselyov bildirib.
O, həmçinin deyib ki, ehtiyatların inventarlaşdırma məlumatlarına əsasən, onların rentabelliyi 19 il bəs edəcək: “Ancaq bu, şərti, indikativ göstəricilərdir. Texnoloji inkişafla bu göstərici daima dəyişəcək".
Bundan başqa, Y.Kiselyovun sözlərinə görə, iqtisadi inkişafın istənilən ssenarisinə əsasən, Rusiya 60 ildən çox müddətə təbii qaz ehtiyatları ilə təmin olunub.



Xəbərlər  Tarix:   3 Apr 2021 / 12:25


« Əvvəlki xəbər (2487 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR