Şəhid Elimdar Səfərovun Anım günü

Elimdar Səfərov 1992-ci ilin 26 iyul tarixində Yardımlı şəhərində anadan olub. 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb. O, Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbini 2009-cu ildə bitirir və 2010-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedir. Sonradan o Xüsusi Təyinatlı Qüvvələr kursu keçmək üçün N saylı hərbi hissəyə ezam olunur. Elimdar Səfərov hərbi xidməti başa vurduqdan sonra yenidən öz arzusu ilə Azərbaycan Ordusunun sıralarına qayıdır. Milli Ordunun giziri kimi xidməti zamanı xeyli fərqlənmə nişanları, təbrik məktubları almışdır. Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi. Şəhid Xüsusi Təyinatlı gizir Elimdar Səfərovun əziz xatirəsinin yaşadılması məqsədilə park yaradılıb. “Şəhidlər” parkında Neftçaladan olan şəhidlərinin adı əbədiləşdirilib, Bu gün Seyid Elman Əsədullayevin və Biz Həmişə Sizinləyik komandası həmin parkda Azərbaycan Respublikasının Üç rəngli Bayrağını dalğalandırıb Elimdar Səfərovun ev muzeyinin açılışını etdi. Ugurmedia.az-ın İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   5 Apr 2021 / 11:46


« Əvvəlki xəbər (2479 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR