Şəhid İmran Əliyevin Mövludu


Azərbaycan ordusunun Leytenantı olan İmran Əliyev 1993 il aprel ayının 7də Bakı şəhərində anadan olub. Qəhrəmanımız Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlıgı uğrunda gedən döyüşlərdə iştirak edib və 27 sentyabr 2020 ci il tarixində Qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. Bu gün Şəhidimiz İmran Əliyevin şəhid olaraq ilk mövludunu Binəqədi rayonunda onun şərəfinə tikilmiş bulağın açılışında qeyd etdik. Açılışda Vətən müharibəsi qaziləri Prezident Mükafatçısı idmançısı Ruhi Hüseynov Türkiyəli iş adamı Engin Akdemirdə iştirak edirdilər. Seyid Elman Əsədullayevin təşkilatçılığı ilə Azərbaycan Respublikasının 3rəngli bayrağı şəhidimizin şəninə Qazilərimiz tərəfindən açıldı
Uğurmedia.az-ın İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   9 Apr 2021 / 11:18


« Əvvəlki xəbər (497 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR