Şəhərin mərkəzində oğurluq telefon satan mağaza

Bu məqaləmi Mediamıza daxil olan oğurluqla bağlı şikayyət əsasında yazıram. Beləliklə şikayyətçimiz Cəfərov Rəvan İldırım oğlu keçən ilin iyul ayında 28 may tərəfdə yerləşən İphone telekom adlanan telefon mağazasından 3 ay zəmanətlə Samsung J2 modelli ikinci əl telefonu alıb, və bir müddət keçdikdən sonra zəng edilib telefonun oğurluq olduğu haqqında məlumat verilərək telefon əlindən alınıb. 3 ay zəmanəti ola-ola mağaza tərəfindən nə, vətəndaşa dəyən zərər kimi göstərilən 120 manat pul vəsaiti nədə ki, telefon geri qaytarılmayıb. Axı bizim hüqüqlarımızı müdafiə edən arxalandığımız dövlətimiz ola-ola bu işbazlar niyə bizi aldatmalıdır? Bəlkədə heç bir vergi ödəməyən bu magazanın masasının üzərində kassa aparatını görmədim. Kassa aparatı olmayan bir magazada heç bir vergidən söhbət gedə bilməz. Beləliklə buda o deməkdir ki, bu mağaza tək vətəndaşları deyil dövlətimizidə aldadır. İlk müsahibəmizdə müdirin nömrəsini bizə verməyən vitrin «satıcı»sı bir sözlə loru dildə desək insanların savadsızlığından istifadə edib, oğurluq telefon sırıyan şəxs ikinci dəfə çəkiliş etməyimizə mudaxilə etdi. Bu müdaxilə zamanı, özünü bizə rəsmi təqdim etməsədə şifahi olaraq müdir olduğunu deyən kəs bizi çəkiliş etməməyimiz üçün adiyyatı qurumla təhdit etdi. Əziz oxucularim və izləyicilərim indi siz deyin burada təhdid edilən biz, yoxsa, saxtakarlıqla məşğul olan bu mağaza olmalıdır? Şikayyətçimiz və Mediamız adından tək polis deyil, Bütün adiyyatı qurumlardan xaiş edirik ki, bu mağazada olan telefonların email kodu yoxlanılsın qurumlar tərəfindən nəzarətə götrülsün. Bizdə Uğurmedia Yayım və İnformasiya Agentliyi olaraq bu mövzunu sonunacan gedəcəyik və Dövlət Qurumlarının bu mağaza ilə bağlı görüləcək tədbirlərini bir Media olaraq işiqlandıracayıq ki, bu tipli mağazalar özləri üçün ibrət dərsi alsınlar.

Xəbərlər Deportamentinin Sədri:
Mətanət Akif qızı



Hüquqi yardım  Tarix:   29 Yan 2019 / 15:38


« Əvvəlki xəbər (4511 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR