Bakıda evdən 10 min manatlıq oğurluq edildi

Bakıda evlərdən oğurluq olub.
Bu barədə "Uğurmedia"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 35-ci və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki bir evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ü.Hacıyev və R.Cavadov saxlanılıblar.



Xəbərlər  Tarix:   9 Apr 2021 / 10:42


« Əvvəlki xəbər (2470 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR