Deputat: “YAŞAT” Fonduna yenə vəsait köçürək”

“Hazırda deputatlar və Hesablama palatasının üzvləri buradadır. Təklif edirəm ki, növbəti dəfə “YAŞAT” Fonduna vəsait köçürək. Onlar müharibə iştirakçıları və qazilərlə bağlı çox böyük işlər görürlər".
"Uğurmedia" xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
“Son günlər COVID-19-dan ölənlərin sayında artım var. Hesab edirəm ki, vaksinləşmə ilə bağlı təbliğat işləri yetərli deyil”, - deputat bildirib.



Xəbərlər  Tarix:   13 Apr 2021 / 10:48


« Əvvəlki xəbər (2468 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR