Ulu Öndərimizi sevgi ilə yad edirik

Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində Dəmiryolçular ailəsində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedoqoji Texnikomunu bitirmiş və Azərbaycan Sənaye İnstitunun Memarlıq fakültəsinə daxil olub. İkinci dünya müharibəsinin başlaması ona təhsilini başa çatdırmağa imkan verməmişdir və yarımçıq qalmışdır. H. Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili işlər orqanlarında işə göndərilmişdir. Sankt Peterburq və Moskva şəhərlərində xüsusi ali təhsil alıb 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1967-1969-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini və sədr vəzifələrində işləmişdir. 1969-cu ilin iyunundan Azərbaycan KPMK birinci katibi secilərək Azərbaycan Respublikasına rəhbərlik etmişdir. 1987-ci ildə H. Əliyev N.S sədrliyi müavinliyindən öz ərizəsi ilə istefa verib 1990-cı ildə Bakıya gəlir və Azərbaycan AS deputat seçilir. 1990-1993-cü illərdə MMB də Ali məclisin sədri Azərbaycan Respublikasının AS sədr müavini olmuşdur. 1992 -ci ildən YAP-ın sədri olub. 1993-cü ilin 3 oktyabrın da səsvermə nəticəsində Azərbaycan Respublikasının prezidenti seçildi. Ulu öndərin 5 illik prezident fəaliyyəti 2003-cü ilin seçkilərinə qədər davam edir. 2003-cü ilin 12 dekabrında müalicə aldığı Klivlent xəstəxanasında ( ABŞ ) vəfat edib. 15 dekabrda Bakıda Fəxri xiyabanda dəfn olundu. Biz nə qədər Heydər Əliyev siyasətindən yazsaq da bitmək bilməyəcək. Hər il olduğu kimi bu ilində 10 may tarixinidə biz Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin ad gününü qeyd edirik ama təssüflər olsunki onsuz. Allah Ulu Öndərdimizə rəhmət eləsin.
Ugurmedia.az-ın Filial rəhbəri Mətanət Akifqızı.



Xəbərlər  Tarix:   10 May 2021 / 11:00


« Əvvəlki xəbər (2444 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR