Vitse-Prezident "Xarıbülbül" musiqi festivalı ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb.
Paylaşımda deyilir:
"Əziz bacılar və qardaşlar!
Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"



Xəbərlər  Tarix:   12 May 2021 / 14:34


« Əvvəlki xəbər (2441 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR