Haqq-ədalət müdafiəçiləri – hakimlər...

Allahın ən gözəl adlarından biridə Hakim adıdır. Haqq-ədalət üstündə qurulan qanunlarımızı ölkəmizdə layiqincə təmsil edən gözəl hakimlərimiz çoxdur. Sənətindən, peşəsindən asılı olmayaraq, hər kəs ən əvvəl insan olduğunu, insanlıq duyğusunu unutmamalıdır.
Qədim yunan filosofu Epiktet yazırdı ki, özünü daxilən hakimlik yerinə layiq bilməyən insan başqaları haqqında hökm çıxarmamalıdır. Bu fikirdə bütün dövrlər üçün aktual olan böyük bir hikmət var. Hakimlik peşəsini seçən şəxs həm mənəvi, həm də peşəkarlıq baxımından bu işə tam hazır olmalıdır. Çünki onun çıxardığı qərar insan taleyini köklü şəkildə dəyişə, onun həyatının sonrakı axarını müəyyənləşdirə bilər. Hakimin fəaliyyətində ədalətlilik prinsipi onun işinin qayəsi olmalıdır. Elə dahilərin də dediyi kimi, ədalət dövlətlərin humanizm siyasətinin əsasını təşkil edir.
Azərbaycanın məhkəmə sistemində aparılan köklü islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, vətəndaşların məhkəmələrə inamının gücləndirilməsinə xidmət edən genişmiqyaslı mütərəqqi tədbirlər müasir dövrümüzdə daha geniş vüsət almış, hakimlərimizin müstəqilliyinin təmin olunması, seçimi, təyinatı, xüsusilə yüksək ədalət hissinin, peşəkarlığının artırılması üçün məqsədyönlü addımlar atılmış və tam əminliklə söyləmək olar ki, artıq bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verməkdədir və qazandığımız nailiyyətlər beynəlxalq aləmdə də etiraf olunur.
Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən və sosialist sistemindən azad olduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin SSRİ–dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsini, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılmasını tələb edirdi.
Amma unutmaq olmaz ki, müstəqilliyimizin ilk illərində xalqımız öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. Suveren dövlətdə yaşamaq arzusunu yenicə gerçəkləşdirən xalqımız o vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi, hakimiyyət hərisliyi ucbatından ümidsizliyə düçar olmuş və müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi.
Belə bir ağır günlərdə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtması və xalqımızı düşdüyü çətin və mürəkkəb vəziyyətdən xilas etməsi ölkədə yeni dövrün başlanğıcını qoymuşdur. İlk növbədə, dahi lider müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi ölkəmizin müstəqilliyinə əbədi həyat verdi, respublikamızı tənəzzül etmiş dövlətdən sürətli inkişaf yolu ilə inamla irəliləyən ölkəyə çevirdi, ölkədə ictimai–siyasi sabitlik bərqərar olundu, bütün sahələrdə köklü islahatlara başlandı.
Bu islahatlar ölkəmizin hüquq sistemindən də yan keçə bilməzdi. Ulu Öndərimizin bilavasitə təşəbbüsü ilə inkişaf etmiş dövlətlərin məhkəmə–hüquq təcrübəsi, ümumbəşəri demokratik prinsiplər ölkəmizdə başlanılmış köklü məhkəmə–hüquq islahatlarının əsasını təşkil etdi. Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkəmizdə milli müstəqil məhkəmə sistemimizin formalaşması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün yeni məhkəmə sisteminin təşkili, məhkəmələrin quruluşunu və hakimlərin statusunu müəyyən edən qanunların qəbul edilməsi ilə yanaşı, açıq, ədalətli və effektli ədalət mühakiməsini həyata keçirən layiqli və peşəkar hakimlər korpusunun yaradılması da zəruri şərtlərdən biridir.
Dahi rəhbərimiz tərəfindən aparılmış mütərəqqi məhkəmə–hüquq islahatları nəticəsində ölkəmizdə yeni–üçpilləli məhkəmə sistemi yaradılmışdır ki, bu sistem işlərə baxılarkən onların dəfələrlə müxtəlif instansiyalarda araşdırılmasının qarşısının alınmasına, bununla da süründürməçiliyə səbəb olan, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə, əhalinin məhkəmələrə olan inamının artmasına, dövlətin adından çıxarılan məhkəmə qərarlarının qətiliyinə, mütləqliyinə və onlara hörmətlə yanaşılmasına imkan yaratmışdır.
Bu gün sizə yuxarıda sadaladığım xüsusiyyətləri özündə birləşdirən Ulu Öndərimizin siyasətini uğurla davam etdirən Ali baş komandanımıza siyasi xəttinə sadiq olan hakimlərimizdən birindən söz açacam. Daim işinə məsuliyyətlə yanaşan, hakimlik etdiyi bütün işlərdə sakinlərin problemlərini öz problemi kimi qəbul edib, can yandıran hakimlərimizdən biri də Lənkəran rayon məhkəməsinin hakimi Toğrul Məmmədovdur.
Bizə mülkü işlə bağlı müraciət edən Orucova Nigar Akif qızının işinə hakimlik edən əsil qayğıkeş insan, hakim Məmmədov Toğrul haqqında Lənkəran rayonunda keçirtdiyimiz sorğuda sakinlərin hər biri ağız dolu razılıq edib, hakimimizin ünvanına xoş sözlər deyib.
Dövlətimizin qanunlarını layiqincə proseslərdə tətbiq edib, insanların haqlarını müdafiə edərək, qanun çərçivəsində onların xeyrinə qərarlar verən Toğrul Məmmədov həmdə gözəl elm adamıdır.
Dahilər yetişdirən Bakı Dövlət Universitetinin məzunu olan gözəl insan, bakalavr və magistraturada oxuduğu dövrlərdə müəllim heyyətinin və tələbə dostlarının sevimlisi olub.
Hakim Toğrul Məmmədovun həyat yoluna qısa nəzər salaq:
2002-2003-cü illər – Hüquq ədəbiyyatı nəşriyyatında hüquq məsləhətçisi;
2003-2004-cü illər – Hüquq dövriyyəsi və qanun jurnalında ədəbi redaktor;
2004-2007-ci illər - AMEA fəlsəfə və siyasi hüquq tədqiqatlar institutunda aspirant;
2007-2012-ci illər – Bakı şəhəri 11 saylı hüquq məsləhətxanasında vəkil;
2018-ci ildən – Lənkəran rayon məhkəməsinin hakimi vəzifəsində çalışır.
Proses zamanı diqqətimizi daha maraqlı bir məqam çəkdi. Lənkəran rayon məhkəməsinin hakimi Toğrul Məmmədovun yanında çalışan böyük mütəxəssis Əliyeva Günay Saleh qızı iddiaçı Orucova Nigar Akif qızının probleminə bir ana kimi yanaşaraq, alimentin tutulması və azyaşlı körpənin maddi cəhətdən təmin olunması üçün əlindən gələni etmişdir. Onu da qeyd edim ki, Günay xanımda bir əsgər anasıdır. Onun oğlu Kəlbəcər fatehlərindən olan Əliyev Nihad Nahid oğlu, Vətən müharibəsi dövründə Kəlbəcər ətrafında gedən döyüşlərdə iştirak etmişdir. “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif olunub. Hal-hazırda da N saylı hərbi hissədə həqiqi hərbi xidmətdədir. Bir oğul gələcəyin əsgəridir prinsipi ilə, bu prosesdə haqq ədalətlə, qanunla Nigar xanıma dəstək olan Günay xanıma ürəkdən minnətdarıq. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.
Toğrul Məmmədovun və Günay Əliyevanın simasında haqqımızı, hüquqlarımızı qanunla daim müdafiə edən, bütün hakimlərə Uğur media yayım və xəbər informasiya agentliyinin kollektivi olaraq, minnətdarlığımızı bildiririk. Ağır və məsuliyyətli işlərinizdə sizə daim haqq-ədalət yolçusu olmağı diləyirəm. Düzgünlük bayrağınız daim ucalarda, ədalət qələminiz kəskin olsun.
Ümumilikdə həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, peşəkar hakim korpusunun formalaşdırılması və digər konseptual məsələlərin həlli dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Tam əminliklə söyləmək olar ki, ölkə Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə–hüquq islahatları bundan sonra da uğurla davam etdirilərək yeni–yeni nailiyyətlər əldə olunacaqdır.
Uğur media yayım və xəbər informasiya agentliyi
Xəbərlər Departamentinin sədri
Xəyalə Nuşirəvan



Öz xəbərlərimiz  Tarix:   19 May 2021 / 10:13


« Əvvəlki xəbər (2439 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR