Azərbaycan yarıfinalda

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.
Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxıb və “Mata Hari” mahnısını ifa edib. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.
Bütün ifalar dinlənildikdən sonra “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb.
Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçısı çıxış edəcək.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.
Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” mahnı müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.



Xəbərlər  Tarix:   19 May 2021 / 14:21


« Əvvəlki xəbər (460 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR