Bakı-Sumqayıt qatarının sabahkı hərəkət qrafiki açıqlanıb

Sabah Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günləri üçün nəzərdə tutulduğu kimi olacaq.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, Bakı-Sumqayıt istiqaməti üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:
Bakı-Pirşağı-Sumqayıt xətti üzrə
Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,
Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;
Bakı-Xırdalan-Sumqayıt xətti üzrə
Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,
Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.



Xəbərlər  Tarix:   27 May 2021 / 10:04


« Əvvəlki xəbər (2437 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR