Oğuzda elektrik yarımstansiyasında yanğın olub

Oğuz rayonunda "Azərişıq" ASC-nin elektrik yarımstansiyasında yanğın olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Calut kəndi ərazisində yerləşən gücü 35 kV-luq olan paylayıcı qurğuda baş verib.
Hadisə yerinə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı 30 kvadratmetr olan vaqon tipli paylayıcı qurğunun daxilindəki elektrik sarğıları, əlaqə açarları, cərəyan transformatorları və ayrıcı şinlər yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   27 May 2021 / 10:27


« Əvvəlki xəbər (2431 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR