Masallıda 5 nəfər zəhərlənib

Masallıda 5 nəfər zəhərlənib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən axşam rayonun Şərəfə kəndində baş verib.
Zəhərlənən şəxslərin üçü bir ailədən, ikisi yaxın qohumlar olub.
Gecə saatlarında vəziyyətləri ağırlaşdığından onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yüksək hərarət, ürəkbulanma ilə daxil olan xəstələrə ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub.
Demələrinə görə, onlar təzə yetişdirilən pomidordan istifadə ediblər. İlkin zəruri tibbi yardımlardan sonra onlar infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Müvafiq analizlər götürülüb, vəziyyətləri stabildir.



Xəbərlər  Tarix:   28 May 2021 / 10:02


« Əvvəlki xəbər (2430 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR