Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Fərrux oğlu Məmmədovu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   2 İyun 2021 / 10:10


« Əvvəlki xəbər (2410 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR