Ağcabədi və Bərdənin suyla təminatına 1,4 milyon manat ayrılıb - SİYAHI

Prezident İlham Əliyev Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Siyahı
Sıra
№-si
Rayonun adı
Quyuların
sayı, ədəd
Yaşayış məntəqələrinin adı
Əhalinin sayı, nəfər
1.
Ağcabədi
10
Göyük kəndi (2 quyu)
931
Hindarx qəsəbəsi
9721
Xocavənd kəndi
3778
İmamqulubəyli kəndi
1240
Salmanbəyli kəndi
2692
Şahmalılar kəndi
328
Şərəfxanlı kəndi
957
Yuxarı Qiyaməddinli kəndi (2 quyu)
3555
Bərdə
10
Bala Qacar kəndi
904
Birinci Qaradəmirçi kəndi
2218
Əmirli kəndi
2048
Hacallı kəndi
1740
Xanərəb kəndi
2266
Xanxanımlı kəndi
407
İkinci Nazırlı kəndi
824
Körpüsındıran kəndi
722
Kürdborakı kəndi
721
Mehdixanlı kəndi
2009
Cəmi:
20
18
37 061



Xəbərlər  Tarix:   4 İyun 2021 / 13:59


« Əvvəlki xəbər (2390 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR