Ötən ay SOCAR Ukraynaya 2,7 min ton aviasiya yanacağı tədarük edib

Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 2,7 min ton aviasiya yanacağı idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
Bildirilir ki, Azərbaycan şirkəti tərəfindən ölkəyə gətirilən aviasiya yanacağı əsasən Belarus və Litvadan tədarük edilib. Ötən ay SOCAR Belarusdan 2,2 min ton, Litvadan isə 0,5 min ton aviasiya yanacağı idxal edib.
Ümumilikdə isə may ayında xarici ölkələrdən Ukraynaya idxal edilən aviasiya yanacağının həcmi 2020-ci ilin analoji ayı ilə müqayisədə 3 dəfə artaraq 6 min ton təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin may ayının göstəricisi 2,2 min ton olub ki, bu aşağı göstərici də 2020-ci ilin mart ayının yarısından Ukraynaya sərnişin aviareyslərinə tətbiq edilən qadağa ilə bağlı olub.
Ötən ay Litvadan Ukraynaya 3,1 min ton aviasiya yanacağı tədarük edilib ki, bu da 2020-ci ilin may ayının göstəricisi ilə müqayisədə 62 % çxodur.
Hesabat ayına əsasən, Belarusdan Ukraynaya 2,2 min ton aviasiya yanacağı tədarük edilib ki, bunun da bütün həcmlərinin tədarükünü SOCAR həyata keçirib.
Bundan başqa, ötən ay Yunanıstan Ukraynaya 700 ton aviasiya yanacağı tədarük edib.
Bu ilin yanvar-may aylarında isə Ukraynaya 32,4 min ton aviasiya yanacağı tədarük edilib. Bu, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 24 % azdır. Bu ilin 5 ayı ərzində Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 29 % artaraq 10,4 min ton təşkil edib.



Xəbərlər  Tarix:   4 İyun 2021 / 14:07


« Əvvəlki xəbər (2387 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR