Biləsuvarda 86 yaşlı kişi özünü su kanalına ataraq intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   7 İyun 2021 / 11:06


« Əvvəlki xəbər (2384 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR