Sabunçuda 11 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı - SİYAHI

Bakı şəhərinin Sabunçu rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı-Kürdəxanı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Quliyev Elmxan Sərhəddin oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı-Kürdəxanı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Qafarov Pərviz Mircəfər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Əliyev Əlifyar Fətəli oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Eminov Telman Əbülfəz oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsidə yerləşən, fiziki şəxs Rüstəmov Ramin Rüstəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;
6. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Ramazanov Azər Şamil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
7. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Baloğlanov Kamal Ağazaman oğluna məxsus heyvan kəsimi məntəqəsi;
8. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Əliyev Qurban Nəbiəli oğluna məxsus heyvan kəsimi məntəqəsi;
9. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən, fiziki şəxs Səfərov Tapdıq Rəsul oğluna məxsus heyvan kəsimi məntəqəsi;
10. Bakı şəhəri, Səbail rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən, fiziki şəxs Nəzərəliyev Rəşad İdris oğluna məxsus heyvan kəsimi məntəqəsi;
11. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mayak küçəsində yerləşən, fiziki şəxs Sadıxov Ağa Rəhim oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.



Xəbərlər  Tarix:   22 İyun 2021 / 09:52


« Əvvəlki xəbər (2359 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR