Asiya İnkişaf Bankı Azərbaycanda sığortanın inkişafına dəstək verəcək

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin rəhbərliyi ilə Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan arasında görüş keçirilib.
“Report” bu barədə ASA-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev AİB rəhbərliyinə qurum haqqında məlumat verib, yerli sığorta bazarındakı vəziyyətdən və inkişaf perspektivlərindən danışıb. Sektorun yeni inkişaf mərhələsində olduğunu vurğulayan ASA rəsmisi mövcud bazar şərtləri çərçivəsində həllini gözləyən bir sıra məsələlərin olduğunu qeyd edib.
K. Makdeyqan isə Assosiasiyaın fəaliyyəti və sığorta bazarındakı proseslərlə yaxından maraqlandıqlarını bildirib. O, iki qurum arasında sığorta sektoru ilə bağlı məlumat mübadiləsinin təmin olunmasını, nəticədəyerli sığorta bazarındakı real problemlərin aşkarlanması və onların həlli yollarının müəyyən olunmasında ADB olaraq sektorun inkişafı üçün texniki dəstək göstərə biləcəkləri ilə bağlı imkanların araşdırılacağını vurğulayıb.



Xəbərlər  Tarix:   22 İyun 2021 / 10:54


« Əvvəlki xəbər (370 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR