Elektron Hökumətin İnkişafı Mərkəzi auditor seçir

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri iyulun 15-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 27-si, saat 11:00-a qədər dövlət satınalnmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (12) 444-74-44 (daxili: 3185).
Nəticələr iyulun 28-də, saat 11:00-da Portalda açıqlanacaq.



Xəbərlər  Tarix:   23 İyun 2021 / 12:16


« Əvvəlki xəbər (2344 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR