"Qəbələ"nin hazırlıq planı və rəqibləri bəlli oldu

"Qəbələ" komandasının təlim-məşq toplanışı üçün proqramı bəlli olub.
Bu barədə "Report"a əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məlumat verib.
O bildirib ki, iyulun 1-də Qəbələdə toplaşacaq heyət iki həftədən sonra yoldaşlıq görüşləri üçün Bakıya gələcək. "Qırmızı-qaralar" iyulun 16-da "Zirə", 5 gün sonra isə "Səbail"lə üz-üzə gələcək.
Baxşıyev hazırlıq prosesini ölkə xaricində büdcəyə görə keçirə bilmədiklərini sözlərinə əlavə edib: "Hər şey maliyyə və büdcəyə bağlıdır. Biz də bundan kənara çıxa bilmirik. Çalışacağıq ki, hazırlığımızı ölkə daxilində keçək".
Mütəxəssis transfer çalışmalarının davam etdiyini də diqqətə çatdırıb. O, əcnəbi və yerli futbolçu transferi etmək istədiklərini deyib: "Vidalaşmadığımız bütün futbolçuları saxlamaq istəyirik. Amma hər şey büdcədən asılı olacaq".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də başlayacaq.



Xəbərlər  Tarix:   23 İyun 2021 / 12:39


« Əvvəlki xəbər (2341 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR