Azərbaycanda Elm İnvestisiya Fondunun yaradılması təklif edilib

"Təhsilin keyfiyyətinin təmin olunması çox mühüm məsələdir. Təhsilimizin qədim ənənələri var, amma yeniliklərin tətbiq olunması mütləqdir. Elm və təhsil sahəsində maliyyə məsələləri həll etmək üçün Elm İnvestisiya Fondunun yaradılması çox yaxşı olardı. Ali təhsil müəssisələri öz iş yerlərini yaratmalıdırlar".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi qrupun rəhbəri Bəxtiyar Əliyev layihənin müzakirələri zamanı deyib.
Komitə sədri vurğulayıb ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni tədqiqat mərkəzlərinin yaradılması və xarici mütəxəssislərin cəlb edilməsi çox vacibdir: "Attestasiyanın aparılması kadrların hazırlanması ilə bağlı qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycanın dayanıqlı və davamlı inkişafının təmin edilməsi istiqamətində bu amillər çox vacibdir".



Xəbərlər  Tarix:   29 İyun 2021 / 14:34


« Əvvəlki xəbər (339 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR